"Real Madrid" heyətini yeni ulduzla gücləndirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "La Gazzetta dello Sport" yayıb.
Xəbərə görə, "Milan"ın vingeri Rafael Leaunun agenti Jorje Mendeş müştərisinin xidmətlərini İspaniya nəhənginə təklif edib. Mənbə portuqaliyalı futbolçunun artıq "Milan"la yeni müqavilə ilə bağlı danışıqları dayandırdığını da vurğulayıb.

Qeyd edək ki, 23 yaşlı Leaunun "qırmızı-qaralar"la indiki anlaşmasının müddəti 2024-cü ilin yayına qədərdir.
Nihat