Afrikada futbolçunu yedilər - dəhşət

Afrikada futbolçunu yedilər - dəhşət

Futbol qəribəliklərlə doludu. Zimbabveni təmsil edən “Midlends Portland” klubunun futbolçularının başına gələnlər isə sadəcə, dəhşətdi. Fanat.az xəbər verir ki, 2008-ci ildə sözügedən komandanın futbolçuları uzun müddət qələbə qazana bilmədiyindən rəhbərlik yerli sehrbaza müraciət edib.

Cadugər isə öz növbəsində oyunçuların Zambezi çayının sahilinə gedərək begemotlar və timsahlar qaynaşan suda yuyunmasını vacib sayıb. Bu yolla futbolçuların pis niyyətli ruhdan qurtulacağını söyləyən sehrbazın söylədiklərinə əməl edən 16 oyunçu çaya girib. Sudan çıxanda isə oyunçulardan birinin geri qayıtmadığı məlum olub. Mobil telefonu və paltarları sahildə qalan biçarənin timsaha və ya begemota yem olduğu şübhə doğurmur. Polis onu gün ərzində axtarsa da cəsəd tapılmayıb. 

 

Fanat.az

 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər