Argentina Futbol Assosiasiyası “Barselona”dan üzr sitəyib.
AFA Argentina yığmasnın baş məşqçisi Edqardo Bausanın sözlərinə görə Kataloniya klubundan üzr istəməli olub. Bausa Messinin zədələnməsinə görə “Barsa”nın günahkar olduğunu bildirmişdi. O, klubun metodunun düzgün olmadığını, “Barsa”nın Messini qorumadığını iddia etmişdi.
Federasiyadan “Barsa” rəhbərliyi ilə əlaqə saxlayaraq, baş məşqçinin sözlərinə görə üzrxahlıq edilib. Bu barədə məlumatı Argnetina Futbol Assosiasiyasının mətbuat katibi Xosep Vives verib.
Üzrxahlıqda bildirilir ki, Bausa fikirlərini düzgün ifadə edə bilməyib. Messi “Atletiko” ilə oyunda zədələnib. O, 3 həftə meydana çıxa bilməyəcək. (Komanda.az)
Fanat.Az