Dortmund "Borussiya"sının futbolçusu Kərim Adeyemi karyerasını İngiltərə Premyer Liqasında davam etdirməkdə qərarlıdır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Bild" yayıb.
Məlumata görə, "arılar"ın rəhbərliyi "Mançester Yunayted"in istədiyi vingerə yaxşılaşdırılmış şərtlərlə yeni müqavilə təklif etsə də, rədd cavabı alıb.
Adeyeminin "Borussiya" ilə indiki anlaşmasının müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. 24 yaşlı futbolçunun müqaviləsində sərbəstqalma məbləği əksini tapmadığı üçün onu istəyən klub pul məsələsində Almaniya təmsilçisi ilə razılığa gəlməlidir.
Qeyd edək ki, almaniyalı oyunçu "Borussiya"ya 3 mövsüm öncə "Zaltsburq"dan transfer olunub.
Toğrul