PSJ-nin sabiq baş məşqçisi Loren Blan "Barselona"nı çalışdıra bilər.
Fanat.Az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Blan Kike Setyeni əvəzləməyə əsas namizədlərdəndi. Fransız mütəxəssis katalon klubu ilə əməkdaşlıqda maraqlıdı.
Xüsusilə də "Barsa"nın idman direktoru Erik Abidal və onun köməkçisi Ramon Planes baş məşqçi postunu Blana həvalə etmək istəyirlər. 54 yaşlı çalışdırıcı 2016-cı ilin iyun ayından bəri işsizdi.
Qeyd edək ki, Blan 1996-1997-ci illər aralığında "Barselona"da oynayıb.
Fanat.Az