Qonzalo Hiquaynın "Napoli"dən 90 milyon avro qarşılığında "Yuventus"a keçidi İtaliya A Seriyasının ən bahalı transferləri siyahısında dəyişiklik baş verib. Fanat.az xəbər verir ki, argentinalı ulduz A Seriyası tarixinin ən bahalı transferi olub.
Ümumiyyətlə Hiquayn İtaliya çempionatının ən bahalı transferlərinin ilk "onluğ"unda iki dəfə təmsil olunur. Belə ki, onun 2013-cü ildə "Real"dan 38 milyon avroya "Napoli"yə transferi siyahının 9-cu pilləsində qərarlaşıb.
Siyahının 2-ci pilləsində Ernan Krespo yer alıb. O, "Parma"dan "Latsio"ya 55 milyon avro qarşılığında keçib. İlk "üçlüy"ü Canluici Buffon qapayır. "Yuventus" İtaliya millisinin qapıçısını "Parma"dan 52.9 milyon avroya almışdı.
1. Qonzalo Hiquayn ("Napoli"dən "Yuventus"a) - 90 milyon avro
2. Ernan Krespo ("Parma"dan "Latsio"ya) - 55 milyon avro
3. Canluici Buffon ("Parma"dan "Yuventus"a) - 52.9 milyon avro
4. Qayska Mendieta ("Valensiya" "Latsio"ya) - 48 milyon avro
5. Kristian Vyeri ("Latsio"dan "İnter"ə) - 45 milyon avro
6. Rui Kosta ("Fiorentina"dan "Milan"a) - 42 milyon avro
7. Lilian Türas ("Parma"dan "Yuventus"a) - 41.5 milyon avro
8. Pavel Nevdev ("Latsio"dan "Yuventus"a) - 41.2 milyon avro
9. Qonzalo Hiquayn ("Real"dan "Napoli"yə) - 38 milyon avro
10. Filipo İnzaqi ("Yuventus"dan "Milan"a) - 37 milyon avro
Fanat.az