Növbəti mövsüm İtaliya A Seriyasında çıxış edəcək "Komo" komandası müdafiənin mərkəzini Rafael Varanla gücləndirmək niyyətindədir.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
Komandanın baş məşqçisi Sesk Fabreqas 31 yaşlı fransızı heyətinə qatmaqda maraqlıdır. "Komo" hazırda Varanla razılaşmağa çalışır, lakin ona Avropadan və kənardan da bir neçə klubdan təklif var. Futbolçu tezliklə qərar verməlidir.
Varan son 3 mövsümü "Mançester Yunayted"də keçirib və "qırmızı şeytanlar"dan azad agent kimi ayrılıb. Müdafiəçi ötən mövsüm 32 matçda 1 qol vurub.
"Komo" 2002/03 mövsümündən sonra ilk dəfə yüksək dəstədə çıxış edəcək.
Mirağa