A Seriyasından Liqa 1-ə 18 milyonluq transfer

A Seriyasından Liqa 1-ə 18 milyonluq transfer

“Nitsa” növbəti transferini rəsmiləşdirib.

Fanat.Az xəbər verir ki, Liqa 1 təsmilçisi Kot-d'İvuar yığmasının və “Atalanta”nın hücumameyilli yarımmüdafiəçisi Jeremi Boqanı heyətinə qatıb.

Liqa 1 təmsilçisi bu transferə görə 18 milyon avrosundan keçib. 26 yaşlı vinger Fransa klubu ilə 4 illik müqavilə bağlayıb.

Boqa 2022-ci ilin yanvarından “Atalanta”nın uğurları üçün çalışırdı. O, “Sassuolo”, “Birmingem Siti”, “Renn”, “Qranada” və “Çelsi”də də forma geyinib,  Kot-d'İvuar yığmasında 12 oyuna 1 qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər