A Seriyası: “Yuventus”dan səfərdə inamlı qələbə

A Seriyası: “Yuventus”dan səfərdə inamlı qələbə

İtaliya A Seriyasında 23-cü turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, bu gün daha 5 oyun baş tutub.

“Fiorentina” - “Empoli” matçı heç-heçə bitib. “Atalanta” evdə “Leççe”yə uduzub. “Latsio” səfərdə “Salernitana”nı, “Yuventus” isə “Spetsiya”nı 2 cavabsız qolla yenib. “Roma” da evdə “Verona”nı tək qolla məğlub edib.

İtaliya A Seriyası 23-cü tur 17 fevral

Sassuolo – Napoli 0:2 Qol: Kvaratsxeliya, 12. Osimhen, 33.

18 fevral

Sampdoriya – Bolonya 1:2 Qol: Sabiri, 68-pen – Soriano, 27. Orsolini, 90.

Montsa – Milan 0:1 Qol: Messias, 31.

İnter – Udineze 3:1 Qol: Lukaku, 20-pen. Mxitaryan, 73. L.Martines, 89 – Lovriç, 43.

19 fevral

Atalanta – Leççe 1:2 Qol: Hoylund, 87 – Sisey, 4. Blin, 74.

Fiorentina – Empoli 1:1 Qol: Kabral, 85 – Kambyaci, 29.

Salernitana – Latsio 0:2 Qol: İmmobile, 60; 69-pen.

Spetsiya – Yuventus 0:2 Qol: Kin, 32. Di Mariya, 66.

Roma – Verona 1:0 Qol: Solbakken, 45.

20 fevral

23:45. Torino – Kremoneze

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər