AÇ-2024: Almaniya "kisənin ağzını açdı" - Hər futbolçu bu qədər qazanacaq 

AÇ-2024: Almaniya "kisənin ağzını açdı" - Hər futbolçu bu qədər qazanacaq 

Almaniya Futbol Assosiasiyasının 2024-cü il Avropa Çempionatında əldə olunacaq qələbələrə görə futbolçulara verəcəyi mükafatların məbləği müəyyənləşib.

Fanat.Az xəbər verir ki, məlumatı "Sky Sport"-un əməkdaşı Kerri Hau "X" sosial şəbəkə hesabı vasitəsilə paylaşıb

Beləliklə, qrup mərhələsindəki qələbə hər oyunçuya 50 min avro, 1/4 finaldakı qələbə 100 min, yarımfinaldakı qələbə isə 150 ​​min avro qazandıracaq.

Almaniya millisi birinci yeri tutsa, hər bir oyunçu 400 min avro, ikinci yeri tutduqda isə 250 min mükafat alacaq.

Xatırladaq ki, Avropa Çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər