Qonzalo Hiquaynın "Yuventus"a keçidi rəsmiləşib. Fanat.az xəbər verir ki, Turin klubu argentinalı ulduzun transferini rəsmən açıqlayıb.
"Yuventus" Hiquaynın transferinə 90 milyon avro xərcləyib. Turin klubu bu məbləği "Napoli"yə 45 milyon avro olmaqla iki dəfəyə ödəyəcək. 5 illik müqavilə imzalayan argentinalı ildə verigilər xaric 7 milyon avro qazanacaq.
"Yuventus" Hiquaynın qiymətini də müəyyənləşdirib. 28 yaşlı futbolçunu almaq istəyən klub 90 milyon avro ödəməli olacaq. Futbolçu transfer hüququnu özü almaq istəsə, 94.7 milyon avro ödəməlidi.
Qeyd edək ki, ötən mövsüm A Seriyasında keçirdiyi 35 oyunda 36 qol vuran Hiquaynı "Napoli" 2013-cü ildə "Real"dan 39 milyon avroya almışdı. "Kral Klubu" isə onu 2007-ci ildə "River Pleyt"dən 12 milyon avroya transfer etmişdi.
Fanat.az