80 milyon avroluq transfer reallaşır

80 milyon avroluq transfer reallaşır

Pyer-Emerik Aubameyanq "Borussiya"dan (Dortmund) ayrılır. Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, qabonlu futbolçu komandanı tərk etmək üçün rəhbərlikdən icazə istəyib.

Aubameyanqın xidmətində "Mançester Yunayted", "Mançester Siti", "Arsenal", PSJ, "Milan" və Çinin "Tianjin Quanjin" klublarının maraqlı olduğu bildirilir. "Borussiya" isə onun üçün 80 milyon avro tələb edir.

Qeyd edək ki, "Borussiya" Aubameyanqı 2013-cü ildə "Sent-Etyenn"dən 13 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 65 milyon avro qiymət qoyub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər