Pyer-Emerik Aubameyanqın PSJ-yə keçidi rəsmiləşir. Fanat.Az xəbər verir ki, "Borussiya"dan (Dortmund) ayrılan qabonlu ulduz artıq Paris klubu ilə anlaşıb.
"Bild"in məlumatına görə, PSJ bu keçidə görə 70 milyon avro transfer haqqı ödəyəcək. 27 yaşlı hücumçu 4 illik müqavilə imzalayacaq və ildə 14 milyon avro maaş alacaq.
Qeyd edək ki, Aubameyanq başa çatan mövsümdə "Borussiya"da 46 oyun keçirərək 40 qol vurub.
Fanat.Az