İngiltərə Premyer Liqasının lideri "Çelsi" Oskarı satır. Fanat.Az xəbər verir ki, London klubunun braziliyalı ulduzu Çinə gedir.
Belə ki, Çinin "Şanxay SIPG" klubu Oskarı heyətinə qatır. Bununla bağlı "Çelsi"dən verilən rəsmi açıqlamada bildirilir ki, transfer 90 faiz razılaşdırılıb. Anlaşmanın bəzi detalları qalıb ki, onların da yaxın günlərdə razılaşdırılması gözlənilir.
Andre Villaş-Boaşı baş məşqçi postuna gətirən "Şanxay SIPG"in bu transfer üçün "Çelsi"yə 90 milyon avro ödəyəcəyi deyilir. Oskar "Çelsi"də Villaş-Boaşın rəhbərliyi altında oynayıb.
Qeyd edək ki, "Çelsi" Oskarı 2012-ci ildə Braziliyanın "İnternasional" klubundan 32 milyon avroya transfer edib. "Transfermarkt" hazırda 25 yaşlı ulduza 35 milyon avro qiymət qoyub.
Onu da qeyd edək ki, Oskarın həmyerlisi Halk da hazırda "Şanxay SIPG"də çıxış edir.
Fanat.Az