55 milyon transfer haqqı, 20 milyon maaş - Şok transfer

55 milyon transfer haqqı, 20 milyon maaş - Şok transfer
Çin klubları Avropada top qovan ulduzları heyətinə qatmaqda davam edir. Fanat.az xəbər verir ki, asiyalıların bu dəfə Halkı transfer etməsi barədə xəbərlər yayılıb.
Məlumata görə, "Zenit"in formasını geyinən braziliyalı ulduzun "Şanxay Şenhua" ilə anlaşdığı bildirilir. Heyətində Demba Ba, Fredi Quarin, Obafemi Martins kimi ulduzlar olan çin klubunun bu transferə görə, "Zenit"ə 55 milyon avro ödəyəcəyi deyilir. Halkın özü isə ildə 20 milyon avro maaş alacaq.
Qeyd edək ki, Halk 2008-ci ildə Avropaya gəlib. Yaponiyanın "Tokio Verdi" klubundan "Portu"ya 19 milyon avroya keçən braziliyalı 4 il sonra 37 milyona "Zenit"ə transfer olunub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər