50 yaşlı futbolçu yeni müqavilə imzaladı - Futbola doymur

50 yaşlı futbolçu yeni müqavilə imzaladı - Futbola doymur
Gələn ay 50 yaşını qeyd edəcək yapon futbolçu Kazuyoşi Miura karyerasını bitirmək niyyətində deyil.
Fanat.Az xəbər verir ki, hücumçu 2005-ci ildən formasını geyindiyi "Yokohama" klubu ilə anlaşmasının müddətini uzadıb. 
Qeyd edək ki, peşəkar karyerasını 1986-cı ildə Braziliyanın "Santos" klubunda başlayıb və 1990-cı ilədək bu ölkədə çıxış edib. 1990-cı ildə vətəninə dönən Miura İtaliyanın "Cenoa" və Xorvatiyanın "Dinamo" klublarında oynamağa imkan tapıb. O, Yaponiya yığmasında keçirdiyi 89 oyunda 55 qol vurub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər