50 yaşında futbola qayıtdı

50 yaşında futbola qayıtdı
İngiltərədə 50 yaşlı qapıçı yenidən yaşıl meydanlara dönüb. Fanat.az xəbər verir ki, "Burton"da qapıçılarla işləyən məşqçi işləyən Kevin Pule komandadakı qapıçı problemi səbəbindən yenidən yaşıl meydanlara dönüb.
Belə ki, "Burton"da icarə əsasında çıxış edən Cordan Pikford "Sanderlend"ə geri dönüb. Belə olan halda klub boşluğu maraqlı üsulla dolduraraq 50 yaşlı məşqçini heyətə daxil edib. İndi Pule komandanın əsas qapıçısı Dean Linessin əvəzedicisiidi. O, iki gün öncə "Mansfield"lə keçirilən oyunda ehtiyatda qalıb.
BBC-yə bununla bağlı açıqlama verən Hari Rovett "təbii ki, bunu problemin həlli olaraq görmürük. Mövsümün əvvəlində bizi pul xərcləməkdən qurtaracaq belə hərəkətləri edəcəyimizi demişdim. İndiki halda belə bir çıxış yolu tapmaq daha məntiqlidi" deyib.
Qeyd edək ki, Pule karyerası ərzində "Aston Villa" və "Bolton" kimi Premyer Liqa klublarında oynayıb. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər