"İnter"in Edinson Kavanini heyətinə qatmaq istəyi baş tutmayıb. Fanat.az xəbər verir ki, İtaliya klubunun təklifi uruqvaylı futbolçunun klubu PSJ tərəfindən bəyənilməyib.
Mauro İkardinin "İnter"i tərk etməsi gözlənilir. Milan klubu onun yerini Kavani vasitəsilə doldurmaq istəyir. Bu məqsədlə italyanlar PSJ-yə 50 milyon avroluq təklif göndərib. Lakin Paris təmsilçisi təklifi rədd edib.
Qeyd edək ki, PSJ Kavanini 2013-cü ildə "Napoli"dən 64,5 milyon avroya alıb. "Transfermarkt" hazırda ona 37 milyon avro qiymət qoyub. Ötən mövsüm 52 rəsmi oyuna çıxan 29 yaşlı forvard 25 qol vurub.
Fanat.az