48 yaşlı futbolçu yeni müqavilə imzaladı

48 yaşlı futbolçu yeni müqavilə imzaladı

Yaponiyanın "Yokohama" klubunun formasını geyinən dünyanın ən yaşlı futbolçusu Kazuyoşi Miura yeni müqavilə imzalayıb. Fanat.az хəbər verir ki, 48 yaşlı futbolçu klubla bir illik anlaşmaya imza atıb. 

Qeyd edək ki, Kazuyoşi Miura karyerası ərzində Braziliyanın "Santos", "Palmeyras", "Matsubara", CRB, "XV de Jau", "Koritiba", Yaponiyanın "Yomiuri", "Kyoto Purple", "Vissel Kobe", "Yokohama", Xorvatiyanın "Dinamo", Avstraliyanın "Sidney" və İtaliyanın "Cenoa" klublarında çıхış edib. O, 1990-2000-cii illərdə Yaponiya milllisində 89 oyun keçirərək 55 qol vurub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər