450 milyonluq transferin rəsmiləşəcəyi tarix açıqlandı

450 milyonluq transferin rəsmiləşəcəyi tarix açıqlandı
Adı bir müddətdi "Real"la yanaşı çəkilən Neymarla bağlı İspaniya mediası daha bir iddia ilə çıxış edib. Fanat.Az xəbər verir ki, braziliyalı ulduzun "Kral Klubu"na transfer olunacağı tarix açıqlanıb.
"Diario Gol"un iddiasına görə, Neymar 2020-ci ildə "Real"a transfer olunacaq. Bildirilir ki, ulduz futbolçu ən azı iki il PSJ-də qalmaq niyyətindədi və bu istəyini klub rəhbərliyinə çatdırıb. "Real" onu Kriştiano Ronaldonun varisi olaraq komandaya gətirmək istəyir və bu səbəbdən tələsmir.
Qeyd edək ki, PSJ Neymarı "Barselona"dan 222 milyon avroya transfer edib. "Real"ın onun transferinə 450 milyon avro xərcləyəcəyi bildirilir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər