4 futbolçuya eyni cəza: 1 oyun, 200 manat

4 futbolçuya eyni cəza: 1 oyun, 200 manat
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın XXIV turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
Komitə qırmızı vərəqə alan 4 futbolçunu cəzalandırıb. Onlardan "Sumqayıt"ın üzvü Nodar Məmmədov "Bakı" ilə matçın 60-cı, "Rəvan"ın futbolçusu Cəmşid Məhərrəmov AZAL-la oyunun 46-cı, AZAL-ın kapitanı Viktor İbekoyi isə bu matçın 85-ci dəqiqəsində idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alıb. "Təyyarəçilər"in digər üzvü Aylton isə "Rəvan" matçının 75-ci dəqiqəsində sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Onlar 1 oyunluq cəzalandırılıb, klubları 200 manat cərimələnib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər