36 yaşlı Villian İPL klubu ilə müqavilə bağladı

36 yaşlı Villian İPL klubu ilə müqavilə bağladı

İngiltərənin "Çelsi" və "Arsenal" klublarının sabiq futbolçusu Villian kareyrasını digər Premyer Liqa təmsilçisində davam etdirəcək.

Fanat.Az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi  "Fulhem"lə müqavilə bağlayıb.

 2011-2019-cu illər aralığında Braziliya millisinin formasını geyinən "sambaçı" müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulan anlaşmaya qol çəkib.

Son iş yeri Yunanıstanın "Olimpiakos" klubu olan Villian ötən aydan azad aget statusu daşıyırdı.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər