36 yaşlı ulduz yeni müqavilə bağladı

36 yaşlı ulduz yeni müqavilə bağladı
Məşhur futbolçu Uilyam Qallas karyerasını Avstraliyada davam etdirəcək. Fanat.az xəbər verir ki, 36 yaşlı fransız futbolçu "Pert Qlori" klubuna keçib.
FİFA-nın rəsmi saytının yaydığı xəbərə görə, azad agent statusu verdiyi Qallas  yeni klubu ilə 1 illik müqavilə imzalayıb. İmzalanma mərasimindən sonra açıqlama verən təcrübəli futbolçu "Pert Qlori"nin formasını geyinmək üçün tələsirəm. Ümid edir ki, komanda yoldaşlarıma kömək edə və və azarkeşlərin gözlədiyi çempionluğu qazana biləcəyik" deyib.
 
Qeyd edək ki, karyerası ərzində Fransanın "Kan", "Olimpik" (Marsel), İngiltərənin "Çelsi", "Arsenal", "Tottenhem" klublarının formasını geyinən milli komandada 84 oyun keçirib və 5 qol vurub. 2003-cü ildə milli komanda ilə FİFA Konfederasiyalar Kubokunu qazanan Uilyam 2 dəfə İngiltərə çempionu, 1 dəfə Liqa Kubokunun, 1 dəfə Superkubokun qalibi olub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər