"30 il əvvəl 23 yaşım var idi, bir gün "Liverpul"u çempion edəcəyimi düşünmürdüm" - Klopp

"30 il əvvəl 23 yaşım var idi, bir gün "Liverpul"u çempion edəcəyimi düşünmürdüm" - Klopp
"Liverpul"un baş məşqçisi Yürqen Klopp "qırmızılar"ın 30 illik fasilədən sonra qazandığı çempionluqdan danışıb.
Fanat.Az xəbər verir ki, alman mütəxəssis "Liverpul"un saytına açıqlamasında qeyd edib:
"30 il əvvəl... Onda mənim 23 yaşım var idi. Düzü, bir gün "Liverpul"un başında çempionluq yaşayacağımı düşünmürdüm. Bunu edə biləcək bacarıqlarım da yox idi.
30 il sonra isə mən buradayam və möhtəşəm məşqçilər korpusum sayəsində bunu bacardıq. İnanılmazdı. Bu, hamı üçündü.
Bu, klubun sahibləri - Mayk, Tom və Con üçündü. Hələ də danışa bilməmişdik. Telefonda 20 cavabsız zəng var. Yəqin ki, aralarında onlar da var.
Bir də təkrar edirəm: bu, hamı üçündü. Mən şanslı insanam. Bu tarixin parçası olmaq inanılmazdı".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər