3-cü liqa klubu “Vilyarreal”a qalib gəldi, “Barselona”ya rəqib oldu

3-cü liqa klubu “Vilyarreal”a qalib gəldi, “Barselona”ya rəqib oldu

İspaniya kubokunun 1/16 final mərhələsinin “Yunionistas” - “Vilyarreal” matçı başa çatıb.

Fanat.Az xəbər verir ki, dünən 90 dəqiqədə “Reina Sofia” stadionunda işıqların sönməsi səbəbindən yarıda dayandırılmış oyun bu gün davam etdirilib.

Görüşün əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Bu səbəbdən qalib penaltilər seriyasında müəyyənləşib. La Liqa klubu 3-cü divizion təmsilçisinə penaltilər seriyasında 6:7 hesabı ilə uduzub. 

Beləliklə, "Vilyarreal" turnirdə mübarizəni dayandırıb, “Yuniostas” isə 1/8 finala yüksəlib.

Artıq 1/8 final mərhələsinin püşkü də atılıb. Cütlükləri təqdim edirik:

Yunionistas – Barselona Tenerife – Malyorka Xetafe – Sevilya Osasuna – Real Sosyedad Valensiya – Selta Atletik – Alaves Atletiko – Real Jirona – Rayo Valyekano

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər