Dmitri Payetin Marsel "Olimpie"inə keçidi rəsmiləşib. Fanat.Az xəbər verir ki, bu barədə "Vest Hem" rəsmi açıqlama yayıb.
Klubun "Twitter" hesabından yaydığı açıqlamada bildirilir ki, Fransa təmsilçisinin 25 milyon funt-sterlinqlik (29 milyon avro) təklifi qəbul edilib.
Fransalı hücumçu yeni klubu ilə 4,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, "Vest Hem" Payeti 2015-ci ildə Marsel "Olimpik"indən 15 milyon avroya almışdı.
Fanat.Az