Braziliya futbolunda ilginc bir qərara imza atılıb. Fanat.az xəbər verir ki, ötən ilin martında keçmiş arvadını öldürtdüyü üçün 22 il 3 ay azadlıqdan məhrum edilən qapıçı Bruno Fernandes de Souzanın karyerasını davam etdirməsinə qərar verilib.
"Atletiko Mineyro", "Korintians" və "Flamenqo" kimi ölkənin böyük klublarında forma geyinmiş qolkiper Mineyro çempionatında çıxış edən "Montes Klaros" klubu ilə 5 illik müqavilə bağlayıb. Braziliya qanunlarına əsasən həbsxanada 3-4 il "Özünü yazşı aparan" məhkumlara çalışmaq imkanı verilir. Bu qanundan yararlanan Bruno Fernandes de Souza klubla müqavilə imzalayıb. Onu oyunlar zamanı polislər müşahidə edəcək. Bir sözlə qolkiper 90 dəqiqə azadlıqda olacaq.
Klub prezidenti Ville Mokellin məhkum qolkiperlə müqavilə bağlamalarını belə izah edib: "Ona bir şans vermək istədik. Bu onun yenidən oynaması üçün bir fürsətdi. Komandanı gücləndirə biləcək futbolçu olduğuna inanırıq".
Qeyd edək ki, 2010-cu ildən həbsdə olan de Souza ötən il başa çatan məhkəmədə günahını etiraf etmişdi. Qolkiper keçmiş həyat yoldaşını uşaqlarına aliment ödəməkdən qurtulmaq üçün öldürtdüyü məlum olmuşdu.
Fanat.az