"Mançester Yunayted"in futbolçusu Premyer Liqada ayın oyunçusu seçildi

"Mançester Yunayted"in futbolçusu Premyer Liqada ayın oyunçusu seçildi
Premyer Liqada iyun ayının ən yaxşı oyunçusunun kimliyinə aydınlıq gəlib.
Fanat.Az İPL-in saytına istinadən xəbər verir ki, "Mançester Yunayted"in yarımmüdafiəçisi Brunu Fernandeş mükafata layiq görülüb. Ötən ay çempionatda 3 matçda meydana çıxan portuqaliyalı futbolçu 3 qolla yadda qalıb.
Brunu Antoni Marsyal ("Mançester Yunayted"), Konor Koudi ("Vulverhempton"), Raul Himenes ("Vulverhempton"), Allan Sen-Maksimen ("Nyukasl") və Denni İnqzi ("Sauthempton") qabaqlayıb.
Fernandeş ikinci dəfədi ki, Premyer Liqada ayın futbolçusu seçir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər