"Real" Kazemironun müqaviləsini uzadıb.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, yeni sözləşmə 2023-cü ilə kimi nəzərdə tutulub. "Real" braziliyalı futbolçu ilə bir neçə ay əvvəl razılığa gəlib. Sadəcə, Madrid klubu məlumatı gizli saxlamağa üstünlük verib.
Kazemiro 2013-cü ildən "Real"da çıxış edir. 28 yaşlı yarımmüdafiəçi "kral klubu"nun forması ilə 229 matçda meydana çıxıb.
Fanat.Az