Lionel Messi "Latsio"nun futbolçusu Sergey Milinkoviç-Saviçin "Barselona"ya transfer olunmasını istəyir.
Fanat.Az "Don Balon"a istinadən xəbər verir ki, argentinalı futbolçu serb ulduzun komandaya xeyir verə biləcəyini deyib və rəhbərliyə onun alınmasını məsləhət görüb.
Qeyd edək ki, Sergey Milinkoviç-Saviç "Latsio"ya 2015-ci ildə "Genk"dən 18 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 90 milyon avro qiymət qoyub. 23 yaşlı yarımmüdafiəçi cari mövsümdə meydana çıxdığı 16 rəsmi matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Fanat.Az