"Mançester Yunayted"dən ayrılacağı deyilən Paul Poqba ilə bağlı yeni xəbər yayılıb.
Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, Joze Mourinyo ilə münasibətləri pis olan fransalı futbolçunu Lionel Messi "Barselona"da görmək istəyr. O, bu istəyini baş məşçi və klub rəhərliyinə də çatdırıb.
Poqbanın transferini Messi ilə yanaşı, baş məşqçi Ernesto Valverde, həmçinin komandanın aparıcı üzvləri - Cerard Pike və Samuel Umtiti də istəyir.
Fanat.Az