Burak Yılmaz 10 il sonra "Beşiktaş"ın formasını geyinəcək.
Fanat.Az xəbər verir ki, İstanbul klubu hücumçunun transferi ilə bağlı "Trabzonspor"la aqlaşıb. 32 yaşlı futbolçu "Beşiktaş"da ildə 4 milyon avro maaş alacaq.
"Beşiktaş" Buraka üçün 4 milyon avro ödəyəcək. Amma "Trabzonspor"a 1 milyon avro çatacaq. Belə ki, klubun futbolçuya 3 milyon avro borcu var və bu məbləğ Burakın özünə ödəniləcək.
Qeyd edək ki, Burak 2006/07 və 2007/08 mövsümlərində "Beşiktaş"da çıxış edib.
Fanat.Az