Türkiyədə transfer bombası partladı

Türkiyədə transfer bombası partladı
"Beşiktaş" Burak Yılmazı transfer edir.
Fanat.Az yerli mediaya istinadən xəbər verir ki, Alvaro Neqredodan istədiyi nəticəni ala bilməyən baş məşqçi Şenol Günəş Türkiyə millisinin üzvünü transfer siyahısına salıb.
Burakı ötən yayda da transfer etmək istəyən "Beşiktaş" rəhbərliyi artıq futbolçu ilə danışıqlara başlayıb və ilkin razılıq əldə olunub. Maliyyə vəziyyəti ağır olan "Trabzonspor" ildə 3 milyon 250 min avro maaş alan futbolçunu satmaqda maraqlıdı. 
Bu mövsüm Super Liqadakı 22 oyunda 22 qol vuran Burak üçün "Trabzonspor" rəhbərliyi çox da böyük olmayan transfer haqqı tələb edir. "Beşiktaş"ın da bu məbləği ödəməyə razılıq verdiyi bildirilir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər