"Qalatasaray" gələn mövsümün heyətini qurmaq üçün komandanın sabiq oyunçularından kömək istəyir. Fanat.Az xəbər verir ki, klub rəsmiləri indiyədək Harri Kyuell, Albert Riera və Tomas Uyfaluşi ilə görüşərək müzakirələr aparıb.
Onlardan Hazırda İngiltərənin "Uatford" kluburun U-23 komandasını çalışdıran Harri Kyuell "Qalatasaray"a Con Terrini təklif edib.
Onun fikrincə, 36 yaşlı futbolçunun təcrübəsi "Qalatasaray"a böyük xeyir verə bilər. İddialara görə, "Qalatasaray" onunla 1+1 müqavilə imzalaya bilər.
Qeyd edək ki, Con Terri 1998-ci ildən "Çelsi"də çıxış edir. O, 2003-2012-ci illərdə İngiltərə millisində 78 oyun keçirərək 6 qol vurub.
Fanat.Az