Qvardiola üçün fantastik transfer büdcəsi

Qvardiola üçün fantastik transfer büdcəsi

"Mançester Siti"nin gələn yay üçün transfer büdcəsi müəyyənləşib. Fanat.Az xəbər verir ki, Premyer Liqa klubu baş məşqçi Pep Qvardiola üçün 150 milyon avro büdcə ayırıb.

"Mançester Siti"nin hədəfindəki 3 əsas futbolçunun kimliyi də bəllidi. "Şəhərlilər" "Arsenal"dan Hektor Bellerin, "Yuventus"dan Leonardo Bonuççi və Dortmund "Borussiya"sından Pyer-Emerik Aubameyanqı transfer etmək istəyir.

Qeyd edək ki, "Transfermarkt" Bellerinə 18, Bonuççiyə 35, Aubameyanqa 45 milyon avro qiymət qoyub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər