Ötən gün Avropada yay transfer dönəmi rəsmən başa çatdı. Yay fasiləsi ərzində klublar heyətlərinə istədikləri futbolçuları qatdı, artıq hesab elədiklərini yola saldılar.
Bəs ən bahalı transferlər kimlər olub və onların keçidinə nə qədər xərclənib? Fanat.Az yayın ən bahalı transferlərini təqdim edir.
1. Paul Poqba: 105 milyon avro ("Yuventus"dan "Mançester Yunayted"ə)
2. Qonzalo Hiquayn: 90 milyon avro ("Napoli"dən "Yuventus"a)
3. Halk: 60 milyon avro ("Zenit"dən "Şanxay SGIP"ə)
4. Con Stones: 55.6 milyon avro ("Everton"dan "Mançester Siti"yə)
5. Leroy Sane: 50 milyon avro ("Şalke"dən "Mançester Siti"yə)
6. Qranit Haka: 45 milyon avro ("Borussiya"dan (Münhenqladbax) "Arsenal"a)
7. Henrix Mkıtaryan: 42 milyon avro ("Borussiya"dan (Dortmund) "Mançester Yunayted"ə)
8. Şkodran Mustafi: 41 milyon avro ("Valensiya"dan "Arsenal"a)
9. Sadio Mane: 41 milyon avro ("Sautqempton"dan "Liverpul"a)
10. Joao Mario: 40 milyon avro ("Sportinq"dən "İnter"ə)
Fanat.Az