"Barselona" daha bir transfer edir. Fanat.az xəbər verir ki, Kataloniya klubu Kevin Qameyronu heyətinə qatır.
İddialara görə, "Barselona" və "Sevilya" artıq razılıq əldə edib. Transferin dəyəri açıqlanmayıb.
Qeyd edək ki, "Sevilya" Kevin Qameyronu 2013-cü ildə PSJ-dən 7.5 milyon avroya transfer edib. "Transfermarkt" hazırda ona 20 milyon avro qiymət qoyub. Ötən mövsüm 46 rəsmi oyuna çıxan futbolçu 27 qol vurub.
Fanat.az