"Real"dan "Barselona"ya AĞIR ZƏRBƏ

"Real"dan "Barselona"ya AĞIR ZƏRBƏ

"Real" transferdə əzəli rəqibi "Barselona"nı qabaqlayıb. Fanat.az xəbər verir ki, "Kral Klubu" kataloniyalıların da istədiyi futbolçunun transferində anlaşma əldə edib.

Belə ki, "Barselona" və "Real" uzun müddətdi "Palmeyras"ın 19 yaslı forvardı Qabriel Xesusu transfer etmək istəyir. Məlumata görə, Braziliya klubu "Barselona"ya yox cavabı verərək, madridlilərin 24 milyon avroluq təklifini qəbul edib.

Qeyd edək ki, 19 yaşlı hücumçu ötən ildən çıxış etdiyi "Palmeyras"ın əsas heyətində 67 rəsmi oyuna çıxıb və 26 qol vurub. Braziliyanın U-20 və U-23 yığmalarına çağırılan futbolçuya "Transfermarkt" 8 milyon avro qiymət qoyub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər