"Barselona" Marlonu heyətinə qatıb. Fanat.az xəbər verir ki, Kataloniya klubu bununla bağlı "Fluminense" klubuilə anlaşma əldə edib.
"Barselona" bu futbolçunu icarəyə götürür. Bu barədə Braziliya klubunun idman direktoru Xorxe Maşedo açıqlama verib: "Marlon 2017-ci ilin iyul ayınadək "Barselona"ya icarəyə verildi".
"Globoesporte"un yaydığı xəbərdə bildirilir ki, Marlon 2016/17 mövsümünü "Barselona B"də keçirəcək. Kataloniya klubu onu satın almaq hüququnu da özündə saxlayacaq. Klub futbolçudan razı qalsa, "Fluminense"yə 6 milyon avro ödəyərək transfer hüququnu alacaq. O, 2016/17 mövsümündə əsas komandanın heyətində 5 oyuna çıxacağı halda bu rəqəm 8 milyon avro olacaq.
Fanat.az