Avropada transfer bombası partlayır

Avropada transfer bombası partlayır

Qonzalo Hiquayn yenidən İspaniya La Liqasında çıxış edə bilər. Fanat.az xəbər verir ki, argentinalı ulduza "Atletiko" elçi düşüb.

İddialara görə, Nikolas Qaytanı heyətinə qatan Madrid klubun növbəti hədəfi məhz Qonzalo Hiquayndı. "Atletiko"nun yaxın günlərdə "Napoli"yə rəsmi təklif göndərəcəyi deyilir. Argentinalı ulduzun özünün İspaniyaya dönməkdə maraqlı olduğu da bildirilir.

Qeyd edək ki, "Napoli" 2013-cü ildə Qonzalo Hiquaynı "Real"dan 38 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 60 milyon avro qiymət qoyub. 2015/16 mövsümündə 42 rəsmi oyuna çıxan 28 yaşlı hücumçu 38 qol vurub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər