"Barselona" transfer bombasını partladır

"Barselona" transfer bombasını partladır
"Barselona"nın yayda heyətinə qatacağı ilk futbolçu müəyyənləşib. Fanat.az xəbər verir ki, Kataloniya klubu PSJ-dən Markuinyosu transfer edir.
İddiaya görə, kataloniyalılar artıq 21 yaşlı braziliyalı müdafiəçi ilə anlaşıblar. Goal.com-un xəğərinə görə, "Barselona" Markuinyosa ildə 4,5 milyon avro maaş və bir dəfə 3 milyon avro imza haqqı verəcək.
Lakin hələlik klublar arasında anlaşma əldə edilməyib. "Barselona" 45 milyon avro təklif edir, PSJ isə 50 milyon istəyir. Tərəflərin yaxın günlərdə anlaşma əldə etməsi gözlənilir.
Qeyd edək ki, Markuinyos Braziliyanın "Korintians" klubunun yetirməsidi. O, 2012-ci ildə 5,7 milyon avroya "Roma"ya transfer olunub. İtaliya klubu bir il sonra futbolçunu 31,4 milyon avroya PSJ-yə satıb. 21 yaşlı müdafiəçi indiyədək Paris klubunda 107 rəsmi oyuna çıxıb və 8 qol vurub. O, 2013-cü ildən çağırıldığı Braziliya millisinin heyətində 9 oyun keçirib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər