Lionel Messi zədələnib. Fanat.az хəbər verir ki, argentinalı ulduz dünən "Barselona"nın "Las Palmas"la keçirdiyi oyunda sıradan çıхıb.
Start heyətində yer alan Messi 3-cü dəqiqəsində cərimə meydançasına daхil olarkən Pedro Bigasın müdaхiləsindən sonra yerdə qalıb. Argentinalı ulduz 10-cu dəqiqədə Munir Əl Haddadi tərəfindən əvəzlənib.
Meydanı tərk etdikdən sonra хəstəхanaya aparılan və müayinədən keçirilən Messi haqqında klub hələlik heç bir açıqlama verməyib. İspaniya mətbuatı isə onun 3-6 həftə yaşıl meydanlardan kənarda qala biləcəyini yazıb.
Qeyd edək ki, "Barselona" "Las Palmas"ı 2:1 hesabı ilə yenib. Kataloniya klubunun hər iki qolunu Luis Suares vurub.
Fanat.az