Uzun görüşmələrdən sonra "Qalatasaray" Kvadvo Asamoahı heyətinə qata bilib.
"Qaynarinfo" xəbər verir ki, "Yuventus"la anlaşan "sarı-qırmızılar" 4 ilik müqavilə bağladığı qanalı futbolçu üçün 4,7 milyon avro ödəyəcək. Rəhbərlik Asamoahla görüşmüş və illik bonuslarla birlikdə 2,5 milyon avro qarşılığında anlaşmışdı.
Uzun müddətli bazarlıqdan sonra "Qalatasaray"ın yola gətirə bildiyi italyanlar Asamoahın keçidinə razı olub. Futbolçunun qısa müddət ərzində İstanbula gələrək tibbi müayinədən keçəcəyi və rəsmi müqaviləyə imza atacağı gözlənilir.
Fanat.Az