"Barselona"dan 70 milyonluq transfer

"Barselona"dan 70 milyonluq transfer

"Barselona"nın transfer etmək istədiyi futbolçulardan birinin kimliyi müəyyənləşib. Fanat.Az xəbər verir ki, Kataloniya klubu Dele Allini heyətinə qatmağa çalışır.

"Mirror" yazır ki, "Barselona" yarımmüdafiə xəttinin mərkəzindəki problemi bu futbolçunu heyətinə qatmaqla həll etmək istəyir. "Tottenhem"in Nigeriya əsilli ingiltərəli futbolçu üçün 70-80 milyon avro tələb etdiyi deyilir.

Qeyd edək ki,  Dele Alli 2015-ci ildə "MK Dons"dan "Tottnehem"ə 6,63 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 45 milyon avro qiymət qoyub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər