"Real"dan 75 milyonluq transfer

"Real"dan 75 milyonluq transfer

"Real"ın David De Gea israrı davam edir. Fanat.Az "Marka"ya istinadən xəbər verir ki, "Kral Klubu" "Mançester Yunayted"də çıxış edən qapıçının transferi  üçün yeni təkliflə çıxış edib.

"Real" İngiltərə klubuna 75 milyon avro təklif edib. Lakin bu transferdə dəyişiklik də baş verə bilər. Belə ki, "Mançester Yunayted" Madrid klubundan Alvaro Moratanı istəyir. "Real" isə bu futbolçuya görə 50 milyon avro tələb edir.

Anlaşma baş tutsa, "Real" Moratanı və əlavə 25 milyon avro verərək David De Geanı transfer edəcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər