Qurban Qurbanov bir futbolçudan imtina etdi

Qurban Qurbanov bir futbolçudan imtina etdi
Qurban Qurbanov bir futbolçunu əsas komandadan kənarlaşdırıb. Fanat.az xəbər verir ki, baş məşqçi Ulriş Kapolonqonu əvəzedici komandaya göndərib. Buna səbəb Qurbanovun konqolu hücumçunun hazırlıq səviyyəsindən narazı olmasıdı. 
Qeyd edək ki, Kapolonqo "Qarabağ"a yayda İordaniyanın "Şabab Al-Ordon" klubundan keçib. O, komandanın heyətində Premyer Liqa, Azərbaycan Kuboku və Avropa Liqasında 18 oyuna çıxıb, 546 dəqiqə oynayıb və 2 qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər