Ruslan Abışovun yanına Hollandiyadan futbolçu gəlir

Ruslan Abışovun yanına Hollandiyadan futbolçu gəlir

Salomon Rondonu "Zenit"ə verən "Rubin" hücum xəttini sloveniyalı futbolçu ilə gücləndirir. Fanat.az xəbər verir ki, Ruslan Abışovun çıxış etdiyi klub PSV-dən Tim Matavzı heyətinə qatır.

Bu barədə PSV-nin rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, transferlə bağlı iki klub arasında razılıq əldə olunub və PSV rəhbərliyi Matavza "Rubin"lə danışıqlar aparmağa icazə verib. Açıqlamada həmçinin qeyd olunub ki, məşqçilər korpusu futbolçunun mövsümün sonunadək klubda qalmasını istəsə də, Tim getməyə üstünlük verib.

Matavzın transfer haqqı barədə rəsmi məlumat açıqlanmayıb. Amma Hollandiya mediası "Rubin"in bu keçidə görə PSV-yə 8 milyon avro öədəyəcəyini yazıb.

Qeyd edək ki, Tim Matavz 2011-i ildən çıxış etdiyi PSV-də 106 oyun keçirib və 44 qol vurub. Sloveniya millisinin üzvü vətənində "Qoritsa"nın, Hollandiyada isə "Qroningen" və "Emmen"in formasını geyinib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər