Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2013-cu ilin ən məhsuldar oyunçularının siyahısını açıqlayıb. Fanat.az xəbər verir ki, 30 futbolçunun yer aldığı siyahıya yığma və qitə kuboklarında 10 qol vuranlar düşüb.
Siyahıya Kriştiano Ronaldo başçılıq edir. "Qızıl top"un sahibi Portuqaliya yığmasının heyətində 9, Madrid "Real"ında 16 top vurub.
Portuqaliyalı ulduzu Maldiv adalarından Əli Əşfaq izləyir. Maldiv adalarının "Nyu Radiant" komandasında çıxış edən futbolçu millidə 14, klubda 9 qola imza atıb.
İlk "üçlüyü" Tunis yığmasında İssam Cemaa qapayır. Millidə 4 qol vuran futbolçu Küveytin eyni adlı klubunda 16 topu rəqib qapısından keçirib.
İlk "10-luq"
| № | 1 | 2 | 3 | 4 | 5 | 6 |
| 1 | Kriştiano Ronaldo | Portuqaliya | Real | 9 | 16 | 25 |
| 2 | Əli Əşfaq | Maldiv | N.Radinat | 14 | 9 | 23 |
| 3 | İssam Cemaa | Tunis | Küveyt | 4 | 16 | 20 |
| 4 | Zlatan İbrahimoviç | İsveç | PSJ | 9 | 9 | 18 |
| 5 | Lionel Messi | Argentina | Barselona | 6 | 9 | 15 |
| 6 | Məhəmməd Salah | Misir | Bazel | 7 | 7 | 14 |
| 7 | Tomas Müller | Almaniya | Bavariya | 6 | 8 | 14 |
| 8 | Fernando Torres | İspaniya | Çelsi | 5 | 9 | 14 |
| 9 | Əl-Mutava | Küveyt | Qadsia | 5 | 9 | 14 |
| 10 | Muriqui | Braziliya | Qouanqzou | 0 | 14 | 14 |