200 milyonluq transfer reallaşır - Anlaşdılar

200 milyonluq transfer reallaşır - Anlaşdılar

Aylardır transferi müzakirə mövzusu olan Kilian Mbappe "Monako"dan ayrılır. Fanat.Az xəbər verir ki, knyazlıq klubunun PSJ-nin təklifini qəbul etdiyi iddia edilir.

"El Mundo Deportivo"nun məlumatına görə, Paris klubu "Monako"ya 200 milyon avro təklif edib. Futbolçunun özü isə ildə 18 milyon avro alacaq. 

Qeyd edək ki, PSJ bundan əvvəl Neymarı 222 milyon avroya alaraq transfer rekordunu qırıb. Mbappenin keçidi reallaşsa, o, ikinci ən bahalı futbolçu olacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər