20 yaşlı futbolçu meydanda öldü

20 yaşlı futbolçu meydanda öldü
Daha bir futbolçu meydanda vəfat edib. Fanat.az xəbər verir ki, Portuqaliyanın 3-cü liqasında çıxış edən "Turizense"də forma geyinən Karlos Aleksandre Kaseyro Markues çempionat oyunu zamanı dünyasını dəyişib.
Koymbra şəhərində komandasının dünən "Karapineyrense" ilə keçirdiyi matçın 7-ci dəqiqəsində ürəyində ağrılar başlayan 20 yaşlı futbolçunu xilas etmək mümkün olmayıb. Karyerasına "Portu"nun futbol məktəbində başlayan Markues mövsümün əvvəlində "Turizense"yə transfer olunmuşdu. 
Qeyd edək ki, bu "Turizense" klubunun tarixində ikinci futbolçu ölümüdü. 2005-ci ildə komandanın başqa bir üzvü - Mauro Qama yol qəzasında vəfat etmişdi. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər